Xalq rəssamı Tahir Salahovun dəfn mərasimi keçirilir - <span>YENİLƏNİB</span>
24.05.2021 13:04 Mədəniyyət

Xalq rəssamı Tahir Salahovun dəfn mərasimi keçirilir - YENİLƏNİB

Xalq rəssamı Tahir Salahovun dəfn mərasimi keçirilir.

"MediaPost"un məlumatına görə o, birinci Fəxri Xiyabanda dəfn olunur.

Dəfn mərasimində Xalq rəssamının ailə üzvləri, yaxınları, mədəniyyət naziri Anar Kərimov, incəsənət və mədəniyyət nümayəndələri iştirak edirlər.

Onun məzarı görkəmli alim Lütfi Zadənin məzarı yanında yerləşir.

Qeyd edək ki, Tahir Salahov mayın 21-də müalicə olunduğu Almaniyada vəfat edib.

***

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.

"MediaPost" xəbər verir ki, mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunur.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər.

Daha sonra T.Salahovun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

Xəbərlər departamenti

Gündəm