“Xalqın artistisiniz xalqın yanında olun” - Xatirə əsəbiləşdi - <span>VİDEO</span>
06.08.2020 10:05 Şou-biznes Mədəniyyət

“Xalqın artistisiniz xalqın yanında olun” - Xatirə əsəbiləşdi - VİDEO

“Hamı üçün çətin olduğu kimi, mənim üçün də ağırdır. Evdə oturmaq xoş deyil. Bəzən müğənnilərimiz çıxıb deyəndə ki, toylar açılsın, başlayırsınız ağzınıza gələni yazmağa ki, siz toy istəyirsiniz. Onlar musiqiçi olduğu üçün toy istəyirlər də, çilingər olsaydılar, deyərdilər ki, maşın olsun, düzəldək. Onların işi toydur, nə istəsinlər?”.

“MediaPost” xəbər verir ki, bu sözləri İnstaqram “Live”da müğənni Xatirə İslam söyləyib.

O, insanları səbirli olmağa səsləyib: “Problem təkcə Azərbaycanda deyil ki... Hər yerdə problem var, düzdür, bizdə bir az artıq oldu, amma eybi yox. Ola bilər ki, bilmədiyimiz məqamlar var. Biz deyəndə ki, sakit olmaq lazımdır, gözləmək lazımdır, onda isə yazırsınız ki, siz yeyirsiniz, biz yemirik. Sənət yoldaşlarımız hansı vəziyyətdə yaşayır, bilirsinizmi? Adi insanlar var ki, hansı ki, tanımırıq. Onlar müğənnilərdən yaxşı yaşayırlar. Hər zaman sənətçiləri mehriban olmağa, şəxsi həyatlarını sizinlə bölüşməməyə çağırmışam. Çünki qapalı olanda daha gözəl olur. Bir vaxt hiss edəcəyik ki, səhv etmişik. Elə məqamlar var ki, onları tamaşaçı ilə bölüşmək olmaz. Bəzən deyirik ki, hər şeyi açıb danışmaq səmimi olmaq deməkdir. Əsla! Hər şeyi danışmaq ağılsızlıqdır. Bu sözləri mən deməli deyildim. Yaşda məndən böyük olan sənət adamları deməli idi. Onlardan üzr istəyirəm. Bu günədək gözlədim. Çıxıb bir kəlimə demədilər, məsləhət vermədilər”.

X.İslam fəxri ad alan sənətçiləri hazırkı problemlərə laqeyd yanaşdıqları üçün qınayıb: “Fəxri ad alanlar, sənətkarlar çıxıb danışmalı idi. Gənclər çıxıb yalan-doğru danışır. Amma sənətkarlarımızı görmürəm. Böyüklərimiz, ağsaqqallarımızsınız. Siz nə vaxt bizə yol göstərəcəksiniz? Fəxri ad almaq yalnız səhnədə fəaliyyət göstərmək deyil. Onlar dövlətə xidmət etməlidir. Xalqın artistisiniz xalqın yanında olun”.

Xəbərlər şöbəsi

Gündəm