Xamenei 8 ildən sonra ilk dəfə cümə namazına qatılıb: "Bu, inqilabi hadisədir"
17.01.2020 11:58 Xarici siyasət

Xamenei 8 ildən sonra ilk dəfə cümə namazına qatılıb: "Bu, inqilabi hadisədir"

"MediaPost" xəbər verir ki, o, ABŞ-ın iranlı general Qasım Süleymanini öldürməsi fonunda 8 il ərzindən ilk dəfə cümə namazına qatılıb.

Ə.Xamenei dünyanın ən böyük məscidlərindən olan İman Xomeyni Musalla Məscidində cümə namazına imamlıq edib. Bununla əlaqədar minlərlə iranlı ibadət etmək üçün dini məbədə gəlib.

O, ABŞ prezident Donald Trampın ünvanına sərt ifadələr səsləndirib və Birləşmiş Ştatların liderini kloun adlandırıb.

Ali lider İranın ABŞ-la olan gərginliyi barədə danışarkən bu günlərin əlamətdar olduğunu bildirib. O, İraqdakı hərbi bazaya hücumun inqilabi hadisə hesab edib.

"ABŞ Qasim Süleymani ilə müharibə meydanında üzləşə bilmədi. ABŞ bu terroru etiraf etdi. Bu ABŞ-ın yenilməzlik eyforiyasına qarşı zərbə idi. Amerika illərdir ki, Suriyada, İraqda, Əfqanıstanda zərbələr alır. Amma bu, onların hamısından ağır idi" - Xamenei bildirib.

Aynur Ələkbər / "MediaPost"

Xəbərlər departamenti

Gündəm