Xameneyi səhvən vurulmuş Ukrayna təyyarəsi ilə bağlı araşdırmanın nəticələrinin dərcinə dair göstəriş verib
11.01.2020 09:48 Xarici siyasət

Xameneyi səhvən vurulmuş Ukrayna təyyarəsi ilə bağlı araşdırmanın nəticələrinin dərcinə dair göstəriş verib

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın dövlət televiziyası İRİB məlumat yayıb.

Bildirilib ki, Ali lider ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin faciəvi səhvləri barədə məlumatlandırıldıqdan dərhal sonra hadisəni ətraflı öyrənmək üçün milli təhlükəsizlik üzrə ali məclisin toplantısını çağırıb. O, məlumatı dəqiqləşdirdikdən sonra araşdırmanın nəticələrinin doğru və düzgün şəkildə dərc olunması barədə göstəriş verib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşı həyatını itirib. İranın prezidenti Həsən Ruhani qəza ilə bağlı təəssüfləndiyini bildirərək başsağlığı verib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm