"Xankəndidə qalan ermənilər köçürülür" - Sarkisyan
05.11.2020 09:40 Qarabağ Azərbaycandır

"Xankəndidə qalan ermənilər köçürülür" - Sarkisyan

"Hazırda Xankəndidə 17 min insan qalıb".

"MediaPost" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Xankəndinin qondarma bələdiyyə başçısı Devid Sarkisyan verdiyi müsahibədə bildirib.

"Xankəndidə 56 min insan yaşayırdı. Lakin hərbi əməliyyatlar başladıqdan sonra onların əksəriyyəti Ermənistana köçürüldü. Hazırda şəhərdə əhalinin 30%-i (17 min) qalıb. Onlar da sığınacaqlarda yaşayır", - deyə Sarkisyan bildirib. 

Qeyd olunub ki, şəhərdə nəqliyyat sistemi məhdudlaşdırılıb və əhalinin qida təminatında ciddi problem yaranıb. 

Şəhər rəhbərliyi soyuq hava ilə əlaqədar şəhərdə qalan sakinlərin də evakuasiyasını planlaşdırır. 

 

 

Anara Mikail

Gündəm