Xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə qaytarılması üçün portal hazırlanır
15.04.2020 17:05 Gündəm

Xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə qaytarılması üçün portal hazırlanır

"MediaPost"un məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bugünkü brifinqdə açıqlayıb.

O, xaricə yaşayan vətəndaşların qeydiyyatı üçün ayrıca portal yaradıldığını bildirib: "Yəni infrastruktur yerlərində həftədə 300-400 vətəndaşımızın qəbul və müayinə etmək imkanları yaranacaq. Ən çox Rusiyadan vətəndaşlarımızın gəlməsi gözlənilir. Buna görə də Rusiyadan gələnlər üçün xüsusi bir portal hazırlanır. Həmin portal yəqin ki, aprelin 17-dən etibarən fəaliyyətə başlayacaq. Portalın adı "evə gedirəm" olacaq. Ayın 17-dən etibarən Rusiyadan gəlmək istəyən vətəndaşlarımız orada qeydiyyata düşməyə başlaya bilərlər. Yəqin ki, 20-dən sonra - dəqiq tarix demək hələ ki tezdir - tədricən Rusiyadan, Türkiyədən və başqa ölkələrdən vətəndaşlarımızın 300-400 sayını aşmamaq şərtilə ölkəyə qaytarılması planlaşdırılır".


Xəbərlər departamenti

Gündəm