Xarici dövlət nömrə nişanlı avtomobillər Azərbaycanda cərimlənirmi?
14.12.2019 07:37 Fikirlər

Xarici dövlət nömrə nişanlı avtomobillər Azərbaycanda cərimlənirmi?

Bundan başqa paytaxt küçələrində Türkiyə, Ukrayna, İran və Rusiya dövlət nömrə nişanlı avtomobillər də çoxdur. Təbii ki, hərəkət zamanı həmin avtomobillərin sürücüləri də qayda pozuntularına yol verir. Bəs həmin avtomobillərə cərimələr necə tətbiq olunur? Ümumiyyətlə ölkəmizdə bu mexanizm varmı?

Qeyd edək ki, Dövlət Yol Polisi tərəfindən qayda pozan xarici dövlət nömrə nişanlı avtomobil aşkar olunarsa, protokol yerindəcə tətbiq olunur. Amma bu cərimənin ödənməsi mexanizmi qismən açıq qalıb.

Hazırda xüsusi texniki vasitələr yalnız Gürcüstan və Rusiya dövlət nömrə nişanlı avtomobillərin qayda pozuntularını aşkar edə bilir. Onlara elektron qaydada protokol tərtib olunur. Amma ödəmə mexanizmdə olan müəyyən boşluqlar bəzən cərimələrdən yayınma hallarını yaradırdı. Belə ki, növbəti dəfə ölkəyə gələn qayda pozan və kifayət qədər cəriməsi olan avtomobilin sürücüsü sadəcə dövlət nömrə nişanını dəyişir və bununla da məsluliyyətdən yayına bilirdi. Amma hazırda DYP buna da çarə tapıb. Belə ki, avtomobillərə cərimə tətbiq olunan zaman onların ban nömrəsi də qeyd olunur. Bu isə hətta dövlət nömrə nişanı dəyişsə belə, sürücünü məsuliyyətə cəlb etməyə imkan verir.


Həmçinin oxu: Bakının sağalmayan “yarası” - parkinq problemi


Bir müddət əvvəl Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin 1000-5000 manat arasında cərimə borcu olan sürücülər məhz bu vasitə ilə aşkarlanaraq məsuliyyətə cəlb edilmişdi.

Bir çox xarici ölkələrdə hətta taranzit olaraq ölkədən keçsə belə, sürücünün pozduğu qayda pozuntusuna görə cərimə ölkəni tərk edən zaman ondan alınır. Yaxud yenidən ölkəyə daxil olan zaman sərhəddə borcunu ödəməmiş ölkəyə buraxılmır.

Ancaq indiki şəraitdə Azırbaycanda bunu tətbiq etmək bir az çətindir. Gün ərzində və yaxud bir gün sonra ölkədən çıxanda heç bir məhdudiyyət tətbiq etmək olmur. Əgər sürücü bir həftə və ya 10 gün sonra ölkədən çıxarsa, onun barəsində müəyyən bir addım atmaq olar. Amma bir günlük bu mümkün deyil. Ona görə, bir çox hallarda tranzit olaraq ölkədən keçən sürücülər bu hallardan sui-istifadə edirlər.

Ola bilsin gələcəkdə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlar Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunsun. Bu zaman həmin sürücü ölkədən çıxarkən Gömrük yoxlaması zamanı ondan qayda pozuntusuna görə cərimə tələb oluna bilər. Bu, müəyyən qədər effekt verə bilər.

Teymur Məmmədov, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm