“Xarici şirkətlərdə filmin xronometrajı vacibdir” – Kino tənqidçisi
14.11.2023 20:00 Mədəniyyət

“Xarici şirkətlərdə filmin xronometrajı vacibdir” – Kino tənqidçisi

Günü-gündən rejissorların və filmlərimizin sayı artır. Keyfiyyətli, keyfiyyətsiz çəkilən filmlər istənilən halda bir başlanğıcdır. Pis odur ki, çəkilməsin. Ancaq bir fakt da var ki, hətta beynəlxalq arenaya ayaq açan yaxşı filmlərimiz az deyil. Təbii ki, bu məsələdə çəkilən filmlərin PR-nın, reklamın da böyük rolu var.

Bəs filmi xaricə satmaq üçün hansı şərtlər tələb olunur?

MediaPost-a mövzu ilə əlaqədar açıqlama verən kinorejissor, kinoşünas Ayaz Salayev bildirib ki, xaricə film satmaq üçün birinci onun standartlarını öyrənməliyik:

alt text

“Burada birinci tələb olunan filmin standartlara cavab verməyidir: məzmun, keyfiyyət, yanaşma baxımından. Xarici şirkətə desən ki, 65 dəqiqəlik sənədli film çəkmisən, qəbul eləməzlər. Normal format tələb edəcəklər. Xronometraj vacibdir. Xaricə satılması üçün birinci o standartları öyrənməliyik. Ondan sonra həmin standartlara uyğun filmlər çəkilsə, təbii ki, maraq yaranacaq. Hətta sifarişlər verə bilərlər. Xaricdə bunun həlli yolu var. Elə ölkələr var ki, Azərbaycan kimi orda da daxili bazar məhduddur. Bu zaman orda özəl şirkətlərin üzərinə öhdəlik, ictimai məsuliyyət qoyulur”.

Fidan Ramazan

Gündəm