ABŞ Senatı Trampın İranla bağlı qətnaməsini bəyənib

  • 14 fevral, 2020 10:13
ABŞ Senatı Trampın İranla bağlı qətnaməsini bəyənib

ABŞ Senatı ölkə prezidenti Donald Trampın İranla hərbi əməliyyatlar aparmaq üzrə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu qətnamənin lehinə 55, əlehinə isə 45 senator səs verib.

Bildirilir ki, sənəd demokrat Tim Keyn tərəfindən irəli sürülüb. Qətnamənin mətni D.Trampı "30 gün ərzində İrana qarşı yönəlmiş bütün düşmənçilik hərəkətlərini dayandırmağı" məcbur edir.

"MediaPost"