Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

  • 23 mart, 2020 21:38
Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.

Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "MediaPost"a verilən məlumata görə, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.