Xarici vətəndaşların Azərbaycanda kartlar ilə apardıqları əməliyyatların həcmi açıqlanıb
29.04.2020 08:15 İqtisadiyyat

Xarici vətəndaşların Azərbaycanda kartlar ilə apardıqları əməliyyatların həcmi açıqlanıb

“MediaPost” xəbər verir ki, “İxrac İcmalın”da qeyd olunur ki, bu ilin mart ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 53,9 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 212 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 271,6 milyon dollar təşkil etmişdi.

Xəbərlər departamenti

Gündəm