"2024-cü ilin sonunadək ölkə ərazisi fiber-optik rabitə ilə təmin olunacaq"-Nazir
2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi fiber-optik rabitə ilə təmin olunacaq.
MediaPost xəbər verir ki, bunu bu gün jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, ölkənin bütün şəhər və kəndləri, o cümlədən ən ucqar kəndlər genişzolaqlı internetlə təmin olunacaq.
"2022-ci il ərzində Azərbaycanda 470 min ev təsərrüfatı internetlə təmin olunub", - nazir əlavə edib