Xəlifə Haftar gizlincə Liviyanı tərk edib
17.01.2020 10:28 Xarici siyasət

Xəlifə Haftar gizlincə Liviyanı tərk edib

Məlum olduğu kimi,Türkiyə və Rusiyanın iştirakı ilə atəşkəs razılaşmasının ortaq mətni hazırlandı. Lakin Haftar həmin atəşkəs mətnini onun maraqlarına zidd olmasını əsas gətirərək razılaşmanı imzalamadı.Haftar Rusiyadan 2 günlük bir vaxt istəsə də, yenə bir qərara gəlmədən Rusiyanı tərk etdi.

"MediaPost" xəbər verir ki, məsələnin həlli 19 yanvar Berlində baş tutacaq konfransa qaldığı bildirilir. Konfransda dünya siyasətində birbaşa iştirak edən dövlətlər və Liviyada bir-biri ilə mübarizə aparan qüvvələr iştirak edəcək.

Almaniyanın xarici işlər naziri Hayko Maas sözügedən konfransa Haftarın da qatılmaq istədiyini bildirib.


Baş nazir Angela Merkel isə Haftarın mövcud atəşkəsə uyğun hərəkət etməsini yüksək qiymətləndirdiyini açıqlayıb.

Gecə saatlarında Berlində təşkil olunacaq konfransdan əvvəl Xəlifə Haftar Yunanıstan hökumət nümayəndələri ilə görüşməki üçün şəxsi təyyarəsi ilə Afinaya yola düşüb. Onun bu gün baş nazir Kiriakos Mitsotakis və xarici işlər naziri Nikos Kotzias ilə görüşməsi planlaşdırılır. Haftarın yunan nümayəndə heyəti ilə razılaşmalar əldə etmək üçün gecə saatlarında gizlincə Liviyadan çıxdığı söylənilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm