Xətainin heykəli köçürüldü - Səbəbi açıqlandı (FOTO)
01.03.2020 09:32 Cəmiyyət

Xətainin heykəli köçürüldü - Səbəbi açıqlandı (FOTO)

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “MediaPost”a verilən məlumata görə, bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə, filosof və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb.

Qeyd olunub ki, heykəlin qarşısında il boyu qulluq olunacaq çiçəklər salınıb: “Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək.

Digər tərəfdən Xətainin heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsindən 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da həmin ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq”.

Xətainin heykəlinin köçürüldü - Səbəbi açıqlandı (FOTO)

Xəbərlər departamenti

Gündəm