Badamdarda xeyir-şər evində qumar oynayan şəxslər tutulub
14.04.2020 11:31 Kriminal

Badamdarda xeyir-şər evində qumar oynayan şəxslər tutulub

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "MediaPost" verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər axlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Xəbərlər departamenti

Gündəm