Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA
19.09.2020 19:30 Cəmiyyət

Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb.

Xidmətdən "MediaPost"a verilən məlumata görə, sentyabrın 19-u saat 18:00-a olan məlumatına əsasən şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Tərtər, Xaçmazda 20 m/s, Göyçay, Xaçmaz, Bərdədə 18 m/s, Mingəçevirdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Qum adası, Ələtdə 20 m/s, Neft Daşlarında 19 m/s, Binədə 17 m/s, Pirallahında 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Xəbərlər departamenti

Gündəm