Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatdı – FAKTİKİ HAVA
23.02.2021 23:29 Cəmiyyət

Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatdı – FAKTİKİ HAVA

Fevralın 23-ü saat 23:00-a olan məlumatına əsasən, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən "MediaPost"a verilən məlumata görə, qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23,  Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17, Tərtər, Ağdam,  Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Xəbərlər şöbəsi

Gündəm