Xəzərə çirkli sular axıdan qurumun adı məlum oldu
06.05.2021 20:20 Cəmiyyət

Xəzərə çirkli sular axıdan qurumun adı məlum oldu

Səbail rayonu Bibiheybət qəsəbəsindəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "MediaPost"a verilən məlumata görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların “Azərsu” ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib.

Təhsil Nazirliyi ilə UNICEF arasında 2021-2025-ci illər üzrə İllik Fəaliyyət Planı imzalanıb

İctimai yerlərdə su sızıntılarından xəbər verilməsi üzrə mobil proqramın təqdimatı olub

Tələbələrin hansı hallarda ali məktəbdən xaric edilməsi müəyyənləşib

“Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb”.

H.Əlizadə qeyd edib ki, araşdırmaların və analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Xəbərlər şöbəsi

Gündəm