XİN: Azərbaycan dost Əfqanıstanla həmrəydir
03.11.2020 11:51 Xarici siyasət

XİN: Azərbaycan dost Əfqanıstanla həmrəydir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana başsağlığı verib.

"MediaPost"un xəbərinə görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

“Kabil Universitetinə edilən silahlı hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, Əfqanıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan dost Əfqanıstanla həmrəydir”, - deyə qeyd olunub.

Xatırladaq ki, noyabrın 2-də Kabil Universitetinin Hüquq fakültəsinin yerləşdiyi binaya silahlı şəxslər hücum edib. Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Xəbərlər departamenti

Gündəm