XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər
17.03.2023 17:58 Xarici siyasət

XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Martın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

MediaPost xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.

Tərəflər həmçinin bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Xəbərlər departamenti

Gündəm