XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək
13.01.2021 20:12 Siyasət

XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək

Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin növbəti Üçtərəfli görüşü Türkiyədə keçiriləcək.

"MediaPost" xəbər verir ki, bu, Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin İkinci Üçtərəfli görüşünün İslamabad bəyannaməsində əksini tapıb.

Sənədə əsasən nazirlər Üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına, eyni zamanda, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq veriblər. 

Xəbərlər şöbəsi

Gündəm