XİN-dən Abxaziya və Cənubi Osetiya ilə bağlı - <span>AÇIQLAMA</span>
07.08.2020 13:30 Siyasət

XİN-dən Abxaziya və Cənubi Osetiya ilə bağlı - AÇIQLAMA

“Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə tərəfdardır”.

“MediaPost”un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi "Twitter" hesabında bildirib.

“Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən strateji tərəfdaşdırlar. Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında razılaşdırılmış formatda sülh yolu ilə həllinə tərəfdardır”, - deyə qeyd olunub.

Xəbərlər şöbəsi

Gündəm