XİN: İranda baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur
Bunu "MediaPost"a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O deyib ki, səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır.
Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərin hamısı həlak olub.
"MediaPost"