XİN: Qazaxıstanda baş verən təyyarə qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur
27.12.2019 07:10 Daxili siyasət

XİN: Qazaxıstanda baş verən təyyarə qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Bunu "MediaPost"-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Almatı hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Hadisə zamanı daha 35 nəfər xəsarət alıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm