XİN: "Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək"
24.11.2022 15:34 Gündəm Siyasət

XİN: "Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək"

“Moskva Cənubi Qafqazda sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək”.

MediaPost  Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, hazırda Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Bakıda səfərdədir: “Sülh müqaviləsi müzakirə olunur. Xovayev artıq İrəvana səfər edib və Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb”.

news department

Gündəm