Xırdalan sakinindən 14 kq narkotik götürülüb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, Yasamal RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq heroin götürülüb. 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə onun evindən 14 kiloqram 595 qram marixuana aşkar edilərək götürülüb.
"MediaPost"