Xırdalanda 21 min manat dəyərində telefon oğurlanıb
21.11.2023 10:11 Hadisə

Xırdalanda 21 min manat dəyərində telefon oğurlanıb

Noyabrın 16-na keçən gecə Abşeron rayonun Xırdalan şəhərində mağazaların birindən 21430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə MediaPost-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm