Xırdalanda ağır qəza: Avtomobil iki şagirdi vurdu (VİDEO)
24.01.2020 06:33 Hadisə

Xırdalanda ağır qəza: Avtomobil iki şagirdi vurdu (VİDEO)

"MediaPost" oxu.az-a istinadən xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir.

Xəsarət alan Fidan adlı qızın komaya düşdüyü bildirilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm