Xırdalanda baş vermiş partlayış nəticəsində altı nəfər xəstəxanaya yerləşdirilib
25.01.2021 21:07 Gündəm

Xırdalanda baş vermiş partlayış nəticəsində altı nəfər xəstəxanaya yerləşdirilib

Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Mehriban Qaralova bildirib ki, ilkin məlumatlara əsasən, Xırdalanda baş vermiş hadisə nəticəsində altı nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

"MediaPost" xəbər verir ki, bu barədə TƏBİB Oxu.Az-a məlumat verib.

Xəstəxanaya yerləşdiriləndən biri uşaqdır.

Xəbərlər şöbəsi

Gündəm