Xırdalanda təmir işlərinin nə zaman bitəcəyi açıqlanıb
15.01.2020 09:57 İqtisadiyyat

Xırdalanda təmir işlərinin nə zaman bitəcəyi açıqlanıb

Bakı-Sumqayıt yolunda başlanmış yenidənqurma işlərinin may ayında tamamlanması planlaşdırılır. Həmçinin bu ilin iyun ayının sonuna qədər Xırdalan şəhərinin mərkəzi yollarının bərpası prosesinin yekunlaşması nəzərdə tutulub.

"MediaPost" xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O həmçinin bildirib ki, Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiya hazırlanaraq hökumətə təqdim edilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm