Xırdalanda üçmərtəbəli binada partlayış olub, xəsarət alan var
Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.
Bu barədə Mediapost.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.