Xomeyni  Trampı PUA ilə vurmaqla təhdid etdi: hesabı bağlandı - <span>FOTO</span>
22.01.2021 18:34 Dünya

Xomeyni Trampı PUA ilə vurmaqla təhdid etdi: hesabı bağlandı - FOTO

İranın ali dini lideri Əli Xomeyni rəsmi "Twitter" hesabından sabiq ABŞ prezidenti Donald Trampa bənzəyən və qolf oynayan bir şəxsin pilotsuz uçuş aparatı tərəfindən hədəf alındığını göstərən foto paylaşıb.

"MediaPost" BBC-yə istinadən xəbər verir ki, o, paylaşımında İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvəsi komandanı general Qasım Süleymaninin intiqamının alınacağını qeyd edib.

"Twitter" sözügedən paylaşımı təhlükəsizlik qaydalarına zidd olduğu üçün silib və daha sonra Əli Xomeyninin rəsmi "Twitter" hesabı bağlanıb.

Xəbərlər departamenti

Gündəm