Xorvatiyada prezident seçkisinin ikinci turunun tarixi açıqlanıb
Mediapost.az “Euronews”a istinadən xəbər verir ki, ilk turda seçki bülletenlərinin təxminən 90% -nin hesablanması nəticəsində sol siyasətçi Zoran Milanoviçin 30%, hazırkı prezident Kolinda Qrabar-Kitaroviç 27%, 24% səslə üçüncü yerdə isə sağcı müğənni Miroslav Skoro var. Milanoviç və Qrabar-Kitaroviç yanvarın 5-də keçiriləcək ikinci səsvermədə bir-biri ilə qarşılaşacaqlar.
Xatırladaq ki, keçmiş Yuqoslaviya dağılması və 1991-95-ci illər müharibəsindən sonra bərpa olmasına baxmayaraq Xorvatiya hələ də Avropa Birliyinin ən zəif iqtisadiyyatı olan və korrupsiyanın geniş yayıldığı ölkələrdəndir.
Coşqun Əli