Xoşqədəmin verilişi bağlandı
07.11.2020 14:50 Hərbi

Xoşqədəmin verilişi bağlandı

“Xəzər” TV Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Atəş xətti" verilişinin yayımını dayandırıb.

"MediaPost" xəbər verir ki, Hidayətqızı bundan sonra televiziya fəaliyyətinə yenidən "Səni axtarıram"la davam edəcək.

Məlumatı X.Hidayətqızının özü axşam.az-a təsdiqləyib:

"Atəş xətti"nə ziyalıları, ictimai siyası xadimlərimizi dəvət etdik. Hər kəs öz fikrini dedi. Komandamızda məcburi köçkün statusunu daşıyanlar bu hadisələrdən kənar qala bilməzdi. İndi isə "Atəş xətti" ilə sağollaşıram, "Səni axtarıramla" tamaşaçıları salamlayacam”.

Xəbərlər departamenti

Gündəm