Xüsusi karantin rejimindən sonra ictimai iaşə obyektlərində sıxlıq necə tənzimlənməlidir?
21.04.2020 08:00 Fikirlər

Xüsusi karantin rejimindən sonra ictimai iaşə obyektlərində sıxlıq necə tənzimlənməlidir?

2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Pandemiyanın yayılmasının qarşısını almaq üçün Azərbaycanda 20 aprelədək elan olunan xüsusi karantin rejiminin mayın 4-dək uzadılmasına qərar verilib.

Bəs xüsusi karantin rejimi bitdikdən sonra ictimai iaşə obyektlərin yarana biləcək təhlükələrin qarşısı necə alınmalıdır?

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə "MediaPost"a açıqlamasında bildirib ki, karantin rejiminin tədricən aradan qaldırılması daha məqsədəuyğundur:

"Fikrimcə, karantin rejimi tədricən bitməlidir. May ayının 4-də orta məktəblərin açılacağı bildirilib. Yaxşı olardı ki, sadəcə buraxılış sinifləri məktəbə getsin. Digər siniflərin şagirdlərinə isə onlayn dərs keçirilməsi prosesi davam etdirilsin. Bu qaydalar Universitetlərdə də tətbiq oluna bilər".

Həkim böyük ticarət mərkəzlərinin karantin rejimi aradan qaldırıldıqdan bir ay sonra açıqlamasının daha düzgün olduğunu vurğulayıb:

"İctimai iaşə obyektlərinə insan axını çox olur. Bu müddət ərzində kiçik ticarət mərkəzləri fəaliyyət göstərə bilər. İnsan sıxlığının əsas müşahidə olunduğu yerlərdən biri də "Bakı etropoliten"idir. Təhlükəsizlik üçün metropolitenin də bir müddət açılmaması vacibdir.

Ölkədaxili uçuşlar bərpa oluna bilər. Amma beynəlxalq uçuşların bir müddət daha dayandırılması əsas məqamlardandır. Sonra koronavirusun aktiv olmadığı ölkələri müəyyənləşdirib, oraya səfərləri bərpa etmək olar".

Vüqar Cavadzadə onu da qeyd edib ki, restoranlar, şadlıq sarayları və digər əyləncə məkanları karantin rejimi bitdikdən sonra ən azı bir ay müddətinə bağlı qalmalıdır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm