Yalandan yas adı ilə icazə alıb karantin rejimini pozan tanınmış şəxs saxlanıldı  - FOTOLAR
17.04.2020 16:02 Cəmiyyət

Yalandan yas adı ilə icazə alıb karantin rejimini pozan tanınmış şəxs saxlanıldı - FOTOLAR

Yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

“MediaPost” DİN-ə istinadən xəbər verir ki, 16-17 aprel tarixləri arasında Bakıda və Respublikanın digər rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 120 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarəsi, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür sui-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib.

Bir daha diqqətə çatdırırıq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Vətəndaşlardan tələb olunur ki, 8103 xidmətindən süi-istifadə hallarına yol verməsinlər. Əks halda bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

Qeyd edək ki, cərimə alanlar arasında bir məşhurların müraciət etdiyi saç və makiyaj ustası Roma Məmmədov da var.

Xəbərlər departamenti

Gündəm