Yalçın Rzazadənin oğlu: "Mədəniyyət Nazirliyi layiq bilsə, atam Fəxri Xiyabanda dəfn ediləcək" - VİDEO
Ötən gün vəfat edən Xalq artisti Yalçın Rzazadənin dəfn yeri müəyyənləşməyib.
Bu barədə sənətçinin oğlu Mətin Rzazadə "MediaPost"a danışıb.
Mərhum sənətçinin oğlu bildirib ki, Mədəniyyət Nazirliyi layiq bilsə, atam Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında vəfat edib.