Yalnız bu şərtlər daxilində ermənilər Qarabağda qala bilər - Deputatdan açıqlama
12.11.2020 17:58 Qarabağ Azərbaycandır

Yalnız bu şərtlər daxilində ermənilər Qarabağda qala bilər - Deputatdan açıqlama

“Güc yolu ilə azad edilmiş Xocavənd rayonunun böyük hissəsində və Xocalı rayonunun bir hissəsində ermənilər yaşaya bilməz".

"MediaPost" xəbər verir ki, bunu millət vəkili Anar Məmmədov söyləyib. 

"Ermənilər üçün yaşaya biləcəkləri çox kiçik sahə qalır ki, bu Xankəndi şəhəri, Xocalı rayonunun bir hissəsi (qəsəbə) və Xocavənd rayonunun çox az bir hissəsidir. Ermənilər bu ərazidə Azərbaycan vətəndaşlığını qəbul etdiyi üçün Azərbaycan dilində danışmağa məcbur ediləcək və təhsil Azərbaycan dilində aparılacaq, Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün şərtləri diktə edən tərəf Azərbaycan olacaq və maddi-mənəvi mədəniyyət nümunələrimizin, eyni zamanda ictimai asayişin qorunmasına Azərbaycan polisi nəzarət edəcək və Qarabağa heç bir status verilmədiyinə görə digər rayonlarımızda olduğu kimi burada da Azərbaycan qanunları işləyəcək. Azərbaycan bütün strateji yüksəkliklərə, yollara tam nəzarət edəcək. Yalnız bu şərtlər daxilində ermənilər bu ərazilərdə qala bilər. Son 30 ildə Dağlıq Qarabağın və onun ətrafında olan rayonlarımızın işğalı cəmiyyətimizin ən ağrılı problemi idi. Bu problem iqtisadi, sosial, mədəni, elmi inkişafımızı ləngitmişdi. Lakin Qarabağ problemi bizi daha da mətinləşdirdi", - deyə o qeyd edib. 

Məleykə Ağasoy

Gündəm