Yalnız şəxsi avtomobili olanlar rayonlara buraxılacaq? - AÇIQLAMA
08.08.2020 10:11 Gündəm Cəmiyyət

Yalnız şəxsi avtomobili olanlar rayonlara buraxılacaq? - AÇIQLAMA

"Rayonlara getdikdə fərdi avtomobillərdən istifadə edilməsi ilə bağlı heç bir qərar yoxdur".

"MediaPost" xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib. O, rayonlararası gediş-gəlişin bərpa olacağı təqdirdə yalnız şəxsi avtomobili olan şəxslərə icazə veriləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib:

"Bu məsələyə növbəti mərhələlərdə baxılacaq və şərtlər də o zaman müəyyən olunacaq", - deyə o söyləyib.

Billurə Yunus / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm