Yanvarda Azərbaycana 200 mindən çox turist gəlib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, gələnlərin sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çoxdur.
2020-ci ilin yanvar ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 85,2 milyon manat təşkil edib.