Yanvarın 26-da bütün sosial yardımlar artımlarla ödəniləcək
24.01.2023 11:16 Sosial

Yanvarın 26-da bütün sosial yardımlar artımlarla ödəniləcək

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə "MediaPost"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.

Xəbərlər departamenti

Gündəm