YAP-çı deputatların iştirakı ilə iclas keçirilib
28.11.2019 11:56 Siyasət

YAP-çı deputatların iştirakı ilə iclas keçirilib

"Report"un xəbərinə görə, iclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır. İclasda onlara YAP Siyasi Şurasının qərarı elan olunub.

Qeyd edək ki, bu gün YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub.

Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm