YAP-ın Mərkəzi Aparatının rəhbəri kollektivə təqdim olundu
09.03.2021 14:39 Siyasət

YAP-ın Mərkəzi Aparatının rəhbəri kollektivə təqdim olundu

Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub.

"MediaPost" məlumatına görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Ədalət Vəliyev bildirib ki, Tahir Budaqov uzun illərdir həm siyasi, həm də dövlət orqanlarında uğurla fəaliyyət göstərir.

Çıxış edən Tahir Budaqov partiyanın qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xəbərlər şöbəsi

Gündəm