YAP Nərimanov rayon təşkilatında “Sosial kibertəhlükəsizlik və dezinformasiya” mövzusunda görüş keçirilib - <span>VİDEO</span>
24.05.2023 16:59 İKT

YAP Nərimanov rayon təşkilatında “Sosial kibertəhlükəsizlik və dezinformasiya” mövzusunda görüş keçirilib - VİDEO

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən “Sosial kibertəhlükəsizlik və dezinformasiya” mövzusunda Nərimanov rayonunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri və kibertəhlükəsizlik üzrə nümayəndələri ilə bu sahə üzrə çalışan ekspertlərin birgə görüşünü və müzakirəsini əhatə edən görüş keçirilib.

MediaPost xəbər verir ki, görüşün məqsədi kibertəhlükəsizlik, dezinformasiya və bunların insan hüquqlarına təsiri mövzusunda diskussiyanı təşkil etmək, günümüzdə sosial kibertəhlükəsizliyin, dezinformasiyanın vacib rolu, bu sahədə baş verən mənfi hallarla mübarizə aparma üsulları haqqında cəmiyyəti maarifləndirməkdir.

Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib.

alt text

Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, qlobal informasiya texnologiyalarının və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin edilməsi mühüm məsələlərdən birinə çevrilib. Təşkilat sədri bu sahədə son illər ərzində Azərbaycanda əhəmiyyətli işlər görüldüyünü, ölkənin milli kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və beynəlxalq trendlər nəzərə alınmaqla inkişaf etdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları və assosiasiyaları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizin kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldiyini qeyd edib.

Görüşdə bu sahənin ekspertləri Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının müəllimi Zümrüd ƏlizadəStrateji Kommunikasiyalar üzrə mütəxəssis, MediaPost İnformasiya Agentliyinin təsisçisi Anar Əskərov mövzu ilə bağlı ətraflı mühazirə ilə çıxış edərək kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar, həmçinin dezinformasiyanın insan hüquqları ilə birbaşa bağlı olmasından, bu sahədə dünyada və ölkəmizdə görülən işlərdən, informasiya axınının keyfiyyətli xarakter alması üçün aparılan mübarizədən geniş bəhs etdilər. Hər iki ekspert çıxışları və təqdim etdikləri slaydlarla görüş iştirakçılarını rəqəmsal məkanda və sosial mediada insanların başlıca hüquqları, kibertəhlükəsizliyə riayət edərək sosial mediadan düzgün istifadənin əsasları və digər məqamlarla tanış ediblər.

alt text

Görüşdə “SƏS” Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev son illərdə ölkəmizdə həm dövlət, həm də özəl sektorda kibertəhlükəsizlik sahəsinin vacibliyi vurğulayıb və bu istiqamətdə artıq bir çox yenilikçi dünya təcrübəsinin tətbiqinə başlanıldığını qeyd edib.  Natiq, həmçinin, kiber­cinayətlərə və dezinformasiyaya qarşı mübarizənin vacibliyin­dən söz açıb.

alt text

Görüş diskussiya formatında davam edib.

Sonda xatirə şəkli çəkilib.

 

Xəbərlər departamenti

Gündəm