YAP pulsuz efir vaxtından imtina edir
17.01.2020 11:40 Cəmiyyət

YAP pulsuz efir vaxtından imtina edir

APA-nın məlumatına görə, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Qeyd edək ki, yanvarın 17-dən seçkiqabağı təbliğat-təşviqat mərhələsi başlayıb. Seçki qanunvericiliyinə əsasən, seçki dairələri üzrə 60-dan çox namizədi qeydə alınmış siyasi partiyalara ödənişsiz efir vaxtı hüququ verilir. Azərbaycanda bu funksiyanı İctimai Televiziya və Radio Yayımları Şirkəti həyata keçirir.

YAP-ın namizədliyini irəli sürdüyü 123 nəfərin hamısının namizədliyi qeydə alınıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm