YAP-ın deputatlar parlamentin buraxılması ilə bağlı müraciəti imzalayıblar
28.11.2019 12:24 Siyasət

YAP-ın deputatlar parlamentin buraxılması ilə bağlı müraciəti imzalayıblar

Mediapost.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.

O, çıxışının davamında bildirib ki, partiya Prezident İlham Əliyevə parlamentin buraxılmasını xahiş edib: "Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək".

Ə.Əhmədov parlamentə məktubun ünvanlanacağını söyləyərək qeyd edib ki, müraciət imzalanıb və yaxın zamanlarda parlamentə göndəriləcək: "Qəbul edilən qərara qeyri-adi qiymət verməyə ehtiyac yoxdur. Bu, islahatların genişlənməsinin bir növüdür. Müraciətin yaxın zamanlarda plenar iclasın gündəliyinə salınacağına inanıram".

Əli Əhmədov YAP-ın qanunverici orqanın Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmaması ilə bağlı qərara gəldiyini bildirib:

"Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik".

Xəbərlər departamenti

Gündəm