Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
26.05.2023 08:05 Dünya

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirmək qərarına gəlib. 

MediaPost xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ümumilikdə, sanksiya çərçivəsində Yaponiyada 24 fiziki şəxs və 78 təşkilatın aktivlərinin dondurulması nəzərdə tutulur.

Siyahıdakı şəxslər arasında jurnalist Olqa Skabeeva, Sparta batalyonunun komandiri Artem Coqa, Almaz-Antey konserninin baş direktoru Yan Novikov da var. Rusiya Silahlı Qüvvələri komandanlığının nümayəndələrinə, xüsusən də Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinskiyə və Strateji Raket Qüvvələrinin komandanı, general-polkovnik Sergey Karakaevə qarşı da sanksiyalar tətbiq edilib. 

Sanksiya siyahısına daxil edilən təşkilatlar arasında Milli Rifah Fondu, Moskva Fizika-Texnika İnstitutu, Qorki Avtomobil Zavodu, Mərkəzi Elmi-Tədqiqat İnstitutu Elektropribor, Enix ASC və Mərkəzi Elmi-Tədqiqat İnstitutu Burevestnik, Ryazan Metal-Keramika Alətləri Zavodu var.

Xəbərlər departamenti

Gündəm