Yaponiya və ABŞ koronavirusa görə vətəndaşlarını Çindən çıxarır
29.01.2020 16:05 Xarici siyasət

Yaponiya və ABŞ koronavirusa görə vətəndaşlarını Çindən çıxarır

“MediaPost” ”Reuters”ə istinadən xəbər verir ki, artıq təxliyə işləri start götürüb. Təxminən 60 milyon əhalisi olan əyalət mühasirə vəziyyətindədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Çində böyük miqyasda koronavirusa yoluxma hallarının qeydə alındığını və narahatlığın getdikcə artdığını bəyan edib. Səhiyyə orqanları təsdiqlənmiş halların sayının 1459-dan 5974-ə yüksəldiyini açıqlayıb.

Xatırladaq ki, sözügedən virusun yayılması ilə ölənlərin sayı 132-ə çatıb. Məlumata görə, artıq Yaxın Şərqdə ilk yoluxma halı qeydə alınıb.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm