Yaponiyada ilk dəfə ev heyvanlarında koronavirusa yoluxma halı aşkarlandı
04.08.2020 12:37 Gündəm Dünya

Yaponiyada ilk dəfə ev heyvanlarında koronavirusa yoluxma halı aşkarlandı

Yaponiyada sahiblərinə yeni tip koronavirus diaqnozu qoyulan 2 itin COVID-19 test nəticəsinin pozitiv çıxdığı açıqlanıb.

“MediaPost” xəbər verir ki, beləliklə, ölkədə ev heyvanlarında ilk dəfə koronavirusa yoluxma faktı qeydə alınıb. Virusa yoluxan sahiblərinin ev heyvanlarına müvəqqəti baxım xidməti göstərən bir sığorta şirkəti itlərin iyul ayının sonunda Tokiodakı 2 evdən götürüldüyünü qeyd edib. Verilən məlumata görə, itlərdə heç bir simptom görülməyib və birinin test nəticəsi qısa müddətdə neqativə çevrilib. 

Şirkət rəsmiləri isə heyvanların həqiqətən virusa yoluxub-yoluxmadığını söyləmək üçün hələ tez olduğunu deyib. Virusun itlərin sadəcə ağzına təmas etmiş ola biləcəyi və test nəticəsinin polimeraza zəncirvari reaksiyası səbəbi ilə pozitiv ola biləcəyi ehtimalına diqqət çəkən rəsmilər dəqiq nəticə üçün antikor testlərə ehtiyac olduğunu ifadə edib.

Qeyd edək ki, Yaponiyada COVİD-19 nəticəsində 1.031 nəfər ölüb, 40.929 nəfər virusa yoluxub.

 

Xəbərlər şöbəsi

Gündəm