Yaponiyada quş qripinin yayılması qeydə alınıb
05.11.2020 08:24 Dünya

Yaponiyada quş qripinin yayılması qeydə alınıb

Yaponiya hakimiyyəti ölkənin Kagava prefekturasının Mitoyo şəhərində quş qripi xəstəliyinin yayıldığını qeyd edib.

"MediaPost"un məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Bununla bağlı Yaponiya baş naziri Yoşixide Suqa məsul nazirliklərə quş satıcılarını son dərəcə ayıq olmağa, məlumatları yerində toplamağa və epidemiyanın qarşısını almaq üçün tez bir zamanda tədbirlər görməyə çağırıb.

Kyodo agentliyinin verdiyi məlumata görə, Kaqava prefekturası rəhbərliyi tezliklə quş qripinin yayılmasına qarşı mübarizə üzrə qərargahı açacaq.

Anara Mikail

Gündəm